14 may 2025, çərşənbə Bakı, 19°C
IMG-LOGO

Liviyanın Baş naziri: Tripolidə silahlı toqquşmalar dayandırılıb

13-05-2025
IMG

Liviyanın paytaxtı Tripolidə silahlı toqquşmalardan sonra təhlükəsizlik bərpa edilib. Ən azı 6 nəfər həyatını itirərkən, Baş nazir Dibeybe dövlət hakimiyyətinin bərpa olunduğunu açıqlayıb.

Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe bildirib ki, paytaxt Tripolidə baş verən silahlı toqquşmalardan sonra təhlükəsizlik bərpa olunub.

Təcili tibbi yardım xidmətləri “AFP” xəbər agentliyinə toqquşmalarda azı 6 nəfərin öldüyünü, yerli media isə ölənlər arasında silahlı qruplaşmanın liderinin olduğunu bildirib. Təcili Tibbi Yardım və Dəstək Mərkəzi həmçinin Tripolinin Əbu Səlim bölgəsindəki münaqişə bölgələrindən altı cəsədin çıxarıldığını qeyd edib.
Liviya mediasının məlumatına görə, mayın 12-də paytaxtın Salahəddin və Əbu Səlim məhəllələrində Prezident Şurasının Sabitliyə Dəstək Bölməsinin rəhbəri Abdel Qani əl-Kiklinin ölümündən sonra zorakılıqlar başlayıb.
Dibeybe "X" platformasında etdiyi paylaşımda bunları bildirib : "Daxili İşlər və Müdafiə Nazirliklərini, ordunu və polisi paytaxtda təhlükəsizliyin bərpasında və dövlət hakimiyyətinin qurulmasında əldə etdikləri böyük uğurlara görə təbrik edirəm".

Baş nazir həmçinin bildirib ki, əldə olunan uğurlar dövlət qurumlarının milləti müdafiə etmək, xalqın ləyaqətini qorumaq gücünü nümayiş etdirir.

Baş nazir “Liviyada qeyri-qanuni qrupların mövcudluğuna son qoyulması və yalnız dövlət qurumlarının olması və qanunun aliliyi hökm sürməlidir” çağırışı edib.

Yerli media orqanları Liviya "Al Ahrar" telekanalı da daxil olmaqla Kiklinin ölümündən sonra paytaxtda arabir atəş səslərinin eşidildiyini, Müdafiə Nazirliyinə bağlı 444-cü Briqadanın isə milis qüvvələri ilə toqquşmalarda iştirak etdiyi bildirilib.

Liviya Müdafiə Nazirliyi Əbu Səlim məhəlləsini tam nəzarətə götürdüyünü təsdiqləyib və toqquşmalara nəzarət əməliyyatının uğurla başa çatdığını açıqlayıb.

Liviya 2022-ci ildən bəri davam edən siyasi bölünmənin səbəb olduğu fasilələrlə təhlükəsizlik böhranları ilə üzləşməyə davam edir.

Qeyd edək ki, rəqib hökumət ölkədə hakimiyyət iddiasındadır. Bir tərəfdən Tripolidə Dibeybenin rəhbərlik etdiyi beynəlxalq səviyyədə tanınan Liviya Milli Birlik Hökuməti qərbə nəzarət edir, digər tərəfdən isə Benqazidə yerləşən və Nümayəndələr Palatasının təyin etdiyi Usamə Hammadın rəhbərlik etdiyi paralel hökumət ölkənin şərqinə və cənubdakı bəzi şəhərlərə nəzarət edir.

Paylaş: