13 may 2025, çərşənbə axşamı Bakı, 19°C
IMG-LOGO

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

13-05-2025
IMG

Milli Hidrometeorologiya Xidməti mayın 14-dən 15-i gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən  bildirilib ki, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam, Ağdərə, Gədəbəy, Göygöl, Qazax, Tovuz, Samux, Ağstafa, Beyləqan, Salyan, İmişli, Sabirabad, Şirvan, Biləsuvar, Göyçay, Ağdaş, Kürdəmir, Ucar, Saatlı, Xaçmaz, Şirvan, Şabran, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Oğuz, Qəbələ, Quba, İsmayıllı, Ağsu, Şamaxı, Cəlilabad, Lerik, Yardımlı, Masallı, Lənkəran, Astara, Naxçıvan MR-da şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Daşkəsən, Gəncə, Şəmkir, Naftalan, Goranboy, Tərtər, Bərdə, Yevlax, Neftçala, Hacıqabul, Ağcabədi, Mingəçevir, Qusar, Qobustan və Xızıda şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.

Paylaş: