İtaliyanın Campi Flegrei bölgəsində baş verən ardıcıl zəlzələlər narahatlıq yaradır
İtaliyanın Neapol şəhəri yaxınlığında, vulkanik Kampi Flegrei bölgəsində günorta saatlarında baş verən və zəlzələ riski yüksək olan 4,4 və 3,5 bal gücündə təkanlar yerli əhalinin narahatlığına səbəb olub. İtaliya Geofizika və Vulkanologiya İnstitutunun verdiyi açıqlamaya görə, bu gün yerli vaxtla saat 12.07-də episentri Pozzuoli olmaqla 4,4 bal gücündə, yerli vaxtla saat 12.22-də isə eyni yerdə 3,5 bal olmaqla iki zəlzələ qeydə alınıb. Yeraltı təkanların təxminən 3 kilometr dərinlikdə baş verdiyi bildirilir. Mətbuatda yayılan məlumatlara görə, qonşu əyalətlərdə də hiss olunan zəlzələlərdə indiyədək can və ya mal itkisi qeydə alınmayıb, lakin yeraltı təkanların yerli əhali arasında narahatlıq yaratdığı qeyd edilib.
Belçikada hava limanında bomba həyəcanı...
İstanbulda daha bir zəlzələ olub...
İtaliyanın Campi Flegrei bölgəsində baş...
Liviyanın Baş naziri: Tripolidə silahlı...
Silivri sahillərində zəlzələ baş verib...