Fatih Sultan Mehmet körpüsü mavi rənglə işıqlandırıldı
Hər il 10-16 may tarixləri arasında qeyd olunan Əlillər Həftəsi əlilliyi olan şəxslərin yaşadıqları çətinliklərə diqqət çəkmək və cəmiyyətdə maarifləndirmə işinə mühüm fürsət verir. Builki "Əngəlsiz dünya üçün əl-ələ" mövzusu sosial iştirak və bərabərlik prinsipini vurğulamaq məqsədi daşıyır. Əlillər həftəsi əlillərin hüquqlarının müdafiəsi və onların həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə müxtəlif tədbirlərlə dolu bir həftə kimi qeyd olunur. Cəmiyyətdə əlillər haqqında məlumatlılığın artırılması, maneələrin aradan qaldırılması üçün səylərin göstərilməsi və hər kəsin bərabər şəraitdə yaşaya bilməsi üçün addımların atılması bu həftənin mühüm hədəflərindəndir.
Əlillər həftəsinə dəstək məqsədilə İstanbulda Fatih Sultan Mehmet körpüsü mavi rənglə işıqlandırılıb.Məqsəd əlillər üçün maarifləndirmə və həssaslıq yaradılmasına diqqət çəkməkdir. Qeyd edək ki, Əlillər Həftəsi 10-16 May tarixləri arasında Birləşmiş Millətlər Təşkilatına üzv olan 156 ölkədə eyni tarixlərdə qeyd olunan xüsusi həftədir.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...