FHN-in regional mərkəzlərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş minifutbol yarışları keçirilib
Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində "Konstitusiya və Suverenlik İli" çərçivəsində minifutbol üzrə yarışlar keçirilib.
Yarışların mükafatlandırma mərasimlərində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Ümummilli Liderin, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimlərdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbirlərin əhəmiyyətindən danışılıb, bu cür tədbirlərin keçirilməsinin dövlətçilik dəyərlərimizin təbliğində böyük rol oynadığı vurğulanıb.
Mərasimlərdə qaliblərə kubok və fəxri fərmanlar təqdim olunub.
Bəzi rayonlarda şimşək çaxır, arabir...
FHN-in regional mərkəzlərində silsilə...
Fövqəladə Hallar Nazirliyi tərəfindən...
FHN-in regional mərkəzlərində...
FHN-in təşkilatçılığı ilə Xətai...