13 may 2025, çərşənbə axşamı Bakı, 19°C
IMG-LOGO

BANM ilə Vilnüs Texniki Universitetinin əməkdaşlıq imkanları müzakirə edilib
 

13-05-2025
IMG

Vilnüs Texniki Universitetinin nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.

Bu barədə ali məktəbdən məlumat verilib.

Beynəlxalq Araşdırmalar Mərkəzinin baş meneceri Viktoriya Plyuşkene, Fundamental Elmlər fakültəsinin dekanı professor Dalyus Majeyka və digər nümayəndələr öncə kampus turuna çıxaraq, BANM-in tədris və tədqiqat infrastrukturu ilə yaxından tanış olublar.

Eləcə də tədris və elmi işlər üzrə prorektor Sevda Zərgərova ilə keçirilən görüşdə universitetlər arasındakı qarşılıqlı əlaqələr barədə məlumatlar müzakirə edilib. Təhsil və tədqiqat sahələrində potensial əməkdaşlıq imkanları və gələcəkdə nəzərdə tutulan birgə layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Paylaş: