13 may 2025, çərşənbə axşamı Bakı, 21°C
IMG-LOGO

“SİMA İmza” fərdi sahibkarlar üçün 6 ay pulsuz olacaq

13-05-2025
IMG

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holdinq) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imzanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) İnternet Vergi İdarəsində (new.e-taxes.gov.az) təqdim edilən 80-dən çox elektron xidmətə inteqrasiyası tamamlanıb.

“AzIntelecom”dan bildirilib ki, inteqrasiya nəticəsində artıq fərdi sahibkarlar new.e-taxes.gov.az portalında elektron qaimə göndərə, sadələşdirilmiş, gəlir, əmlak və s. kimi bir çox vergi bəyannamələrini SİMA rəqəmsal imza ilə rahatlıqla təqdim edə bilərlər.

Bundan başqa, sahibkarlar üçün POS-terminalların qeydiyyatı və qeydiyyatdan çıxarılması da artıq “SİMA İmza” ilə mümkündür. Yeni inteqrasiyaların tamamlanması ilə artıq fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs il ərzində üç aydan bir təkrarlanan vergi hesabatlarını da SİMA yeni nəsil rəqəmsal imza ilə həyata keçirə bilərlər.

Diqqətə çatdıraq ki, hazırda fərdi sahibkarlar üçün “SİMA İmza” tətbiqində güzəşt kampaniyası nəzərdə tutulub. 13 iyuna qədər davam edəcək kampaniya çərçivəsində sahibkarlar “6AYPULSUZ” promokodu ilə 6 ay müddətində tətbiqdən abunə haqqı ödəmədən istifadə edə biləcəklər. Kampaniya həm new.e-taxes.gov.az, həm də digər bütün elektron portallar üçün keçərlidir.

Qeyd edək ki, “SİMA İmza”nın Vergi portalına inteqrasiya prosesi 2023-cü ildə başlayıb. Portalda olan digər xidmətlərə də “SİMA İmza”nın inteqrasiya prosesi davam edir.

 

Paylaş: