13 may 2025, çərşənbə axşamı Bakı, 17°C
IMG-LOGO

AQTA: Şəkinin Öryət və Çeşməli kəndlərindəki tumlu-çəyirdəkli meyvə bağlarında xəstəlik aşkarlanıb

12-05-2025
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri karantin tətbiq edilən, o cümlədən potensial təhlükəli zərərli orqanizmlərdən qorumaq və onların mənbələrini vaxtında aşkarlamaq məqsədilə karantin nəzarətində olan materiallarda müntəzəm olaraq müşahidələrin aparılması, fitosanitar ekspertizaların keçirilməsi və profilaktik tədbirlərin görülməsi sahəsində fitosanitar monitorinqləri davam etdirirlər.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Milli Monitorinq Planı çərçivəsində Agentliyin Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən ilkin istehsal təsərrüfatlarında keçirilmiş fitosanitar monitorinqlər zamanı simptomlu bitki hissələrindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Müayinələr nəticəsində Şəki rayonunun Öryət və Çeşməli kəndləri ərazisində yerləşən tumlu-çəyirdəkli meyvə bağlarında karantin tətbiq olunan göbələk mənşəli qonur monilioz çürümə xəstəliyi aşkarlanıb.

Monitorinq zamanı, həmçinin bağçılıq təsərrüfatlarında qəhvəyi mərmər bağacığı, şaftalı meyvəyeyəni, qərb çiçək tripsi və şərq meyvəyeyəni kimi karantin tətbiq edilən zərərvericilərin mövcudluğunu müəyyənləşdirmək məqsədilə feromon tələlər asılıb. Sahə aqronomu və texniki işçilərlə söhbətlər aparılıb, zərərvericilərlə mübarizə üsulları əks olunan maarifləndirici çap materialları paylanıb. Eyni zamanda, təsərrüfat sahiblərinə və işçilərə pestisid və aqrokimyəvi maddələrin saxlanması, daşınması, tətbiq reqlamenti, o cümlədən istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə tövsiyələr verilib.

Paylaş: