Belçikada hava limanında bomba həyəcanı
Belçikanın ikinci ən böyük hava limanında bomba həyəcanı yaşanıb. “Ryan Air” təyyarəsinə bomba qoyulması xəbərindən sonra Şarlerua hava limanında bütün uçuşlar dayandırılıb.
“Ryan Air” təyyarəsinin eniş etdiyi uçuş-enmə zolağının ətrafı bağlanıb və təhlükəsizlik perimetri yaradılıb.Portuqaliyanın Faro şəhərindən Belçikanın paytaxtı Brüsselə gedən sərnişinlərin təyyarədən endirildiyi bildirilib.
Təyyarənin hava limanında təhlükəsiz əraziyə daşındığı və 166 sərnişinin polisin icazəsindən sonra buraxılacağı bildirilib.
“Ryan Air” sözçüsü təyyarənin ən qısa zamanda xidmətə qaytarılacağını bildirib və hadisədən zərər çəkmiş sərnişinlərdən üzr istəyib.
Belçikada hava limanında bomba həyəcanı...
İstanbulda daha bir zəlzələ olub...
İtaliyanın Campi Flegrei bölgəsində baş...
Liviyanın Baş naziri: Tripolidə silahlı...
Silivri sahillərində zəlzələ baş verib...