30 yanvar 2025, cümə axşamı Bakı, 8°C
IMG-LOGO

Cənubi Koreya təyyarəsinin “qara qutu”su enişə 2 km qalmış qeydə almanı dayandırıb

27-01-2025
IMG

Cənubi Koreyanın “Jeju Air” aviaşirkətinə məxsus təyyarənin “qara qutu”su uçuş-eniş zolağına 2 kilometr qalmış qeydə almanı dayandırıb.

Fhnews.az “Yonhap”a istinadən xəbər verir ki, bu barədə hadisə ilə bağlı aparılan ilkin təhqiqatın hesabatında bildirilib.

Qeyd olunub ki, bu, dekabrın 29-da Muan Beynəlxalq Hava Limanında baş vermiş təyyarə qəzasının davam edən təhqiqatı çərçivəsində ilk hesabatdır.

Xatırladaq ki, dekabrın 29-da Cənubi Koreyanın Muan hava limanında “Jeju Air” şirkətinə məxsus Boeing 737 təyyarəsi qəzaya uğrayıb. Eniş zamanı təyyarə uçuş-enmə zolağından çıxaraq beton maneəyə çırpılıb, sonra isə partlayıb.

Paylaş: