30 yanvar 2025, cümə axşamı Bakı, 8°C
IMG-LOGO

Qida təhlükəsizliyi tələblərinə əməl etməyən kafenin fəaliyyəti məhdudlaşdırılıb

27-01-2025
IMG

Daxil olan müraciət əsasında Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən kafedə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, baxış zamanı kafenin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi, qida təhlükəsizliyi sahəsində normativ tələbləri ciddi şəkildə pozduğu aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib, kafenin fəaliyyəti məhdudlaşdırılıb.

Paylaş: