Ümumdünya Səhiyyə Təşkilatının xərcləri azaldılır
ABŞ Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxdığı üçün qurumun smetasına yenidən baxılır və xərclər azaldılır.
Fhnews.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Bildirilir ki, maliyyə vəziyyətinə görə səfərlər minimuma endiriləcək, yeni əməkdaşların qəbulu yalnız xüsusi zərurət hallarında aparılacaq. Qurumun sözçüsü faktı təsdiq etsə də, ətraflı şərhdən imtina edib.
BMT ABŞ-ın qurumdan 22 yanvar 2026-cı ildə çıxacağını təsdiqləyib. 2024-2025-ci illər üzrə ÜST-nin büdcəsi 6,8 milyard dollar olub. Təşkilatın illik maliyyələşməsinin 18 faizi Vaşinqtonun payına düşür.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp andiçmə günündə ölkəsinin ÜST-dən çıxacağını bəyan edib. Trampın fikrincə qurum qlobal sanitar böhranları pis idarə edir.
Hindistanda festivalda izdiham: 40 ölü,...
"Herminia" qasırğası Fransada ciddi...
Hollandiyada Quran və din dərslərinin...
Cənubi Sudanda təyyarə qəzası olub...
Anadoluda dönər-kabab haqqında ilk...