İstanbulda artan nəqliyyat sıxlığı qar yağmasına təsir edir
Mütəxəssislər bildiriblər ki, avtomobillərin sayının artması və nəqliyyatın sıxlığı şəhərə qar yağmasına təsir göstərə bilər. Professor Hüseyn Toros deyir ki, İstanbulun mərkəzində havanın temperaturu 2 dərəcədir. Maşınların sayı bu qədər çox olmasaydı, temperatur bəlkə də 0 dərəcəyə enərdi.
ABŞ mərkəzli proqram şirkəti tərəfindən dərc edilən 2024-cü il hesabatında İstanbul Nyu-Yorku geridə qoyaraq, dünyanın ən çox nəqliyyat sıxlığına sahib olan şəhəri olaraq təyin edilib. Şəhərdə artan motorlu nəqliyyat vasitələri nəqliyyatda sərf olunan saatları artırır və havanın keyfiyyətini aşağı salır.
Bu, şəhərdə yaşayan canlıların sağlamlığına da mənfi təsir göstərir. Türkiyə Statistika Təşkilatının məlumatlarına görə, şəhərdə qeydiyyatda olan avtomobillərin sayı 6 milyona yaxınlaşır.Bunun həddən artıq çox olduğunu bildirən Toros "İstanbulda insanlar yarım saata gedəcəkləri yerə 1-2 saatda gedirlər. Bir vasitə yarım saat yerinə 2 saat işləyir. Bu isə atmosferə daha çox tullantı buraxılması deməkdir.
Toros bu vəziyyətin insan sağlamlığına da təsir etdiyini, motorlu nəqliyyat vasitələrinin çirkləndirdiyi hava ilə nəfəs almağın bir çox xəstəliyə səbəb olduğunu açıqlayıb.
Orqanizmə ən çox daxil olan maddənin hava olduğuna diqqət çəkən Toros "Keyfiyyəti azaldıqca daha çox çirkli havanı uduruq və insan sağlamlığı daha çox mənfi təsirlənir. Ümumdünya Səhiyyə Təşkilatı araşdırmaları ilə daha çox insanın ölümündən bəhs edir. Hər il 7 milyondan çox insanın xüsusilə ağciyərlər və ürək-damar sistemində problemlər yaranır. Nəqliyyat vasitələrinin sayının artması sağlamlığımıza birbaşa təsir edir və dolayısı ilə qlobal iqlim dəyişikliyinə səbəb olur"-deyə fikirlərini əsaslandırıb.
İstanbulda torpaq quruluşunun çox dəyişdiyini və şəhərdəki hər avtomobilin soba kimi xidmət etdiyini vurğulayan Toros egzozdan çıxan çirkləndirici qazların qarışması səbəbindən atmosferin kimyəvi quruluşunun pozulduğunu vurğulayıb.
Hindistanda festivalda izdiham: 40 ölü,...
"Herminia" qasırğası Fransada ciddi...
Hollandiyada Quran və din dərslərinin...
Cənubi Sudanda təyyarə qəzası olub...
Anadoluda dönər-kabab haqqında ilk...