Yüksək dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta qeydə alınıb- Faktiki hava
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hava şəraiti bəzi şərq rayonlarında arabir yağıntılı olub.
Belə ki, düşən yağıntının miqdarı Lənkəranda 3, Biləsuvar, Cəlilabad, Astarada 1 mm-dək olub.
Sumqayıt, Culfa, Gəncə, Şəmkir, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Tərtər, Yevlax, Göyçay, Sabirabad, Cəfərxan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək şaxta qeydə alınıb.
Mətbuat Şurasında bələdiyyə seçkiləri...
Saat 15:00-a olan məlumata görə,...
Bələdiyyə seçkiləri: Mətbuat Şurasının...
Qazaxıstanda AZAL təyyarəsinin qəzaya...
Ötən il 1311 şəxs sanatoriya-kurort və...