“E-sosial” portalı və “Əmək və Məşğulluq” e-sistemi ABŞ-da keçirilən müsabiqənin qalibi olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iki rəqəmsal layihəsi ABŞ-da fəaliyyət göstərən “Global Tech Awards” platformasının keçirdiyi müsabiqənin qalibləri olublar.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan “e-sosial” portalı “İcma və ya Assosiasiya (Veb saytlar)” nominasiyası, “Əmək və Məşğulluq” altsistemi isə “İnsan Resursları Texnologiyası (HRTech)” nominasiyası üzrə mükafatlara layiq görülüblər.
Müsabiqədə digər qaliblər sırasında ABŞ, Vyetnam, Almaniya, Rumıniya, Sinqapur, BƏƏ və bir sıra digər ölkələrin layihələri yer alıb.
Müsabiqə innovasiya, yaradıcılıq və mükəmməlliyə fokuslanaraq, dünyanın müxtəlif yerlərindən ən müstəsna texnoloji həlləri və xidmətləri müəyyən etmək və mükafatlandırmaq məqsədi daşıyır.
Vəkillər Kollegiyasında...
BƏƏ-nin Prezidenti Azərbaycanın istehsal...
Bu il 150 əmək yarmarkasının keçirilməsi...
DOST İnklüziv İnkişaf və Yaradıcılıq...
Ötən ay sığortaedənlərin sayı 8 min...