“Azərbaycanın aqrar sektorunda çayçılıq və sitrus bitkilərinin inkişafının perspektivləri” mövzusunda elmi seminar keçirilib
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində (LREM) “Azərbaycanın aqrar sektorunda çayçılıq və sitrus bitkilərinin inkişafının perspektivləri” mövzusunda elmi seminar keçirilib.
Fhnews.az xəbər verir ki, seminarı giriş sözü ilə açan Mərkəzin direktoru filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimindəki çıxışından sitat gətirərək deyib: ”İndi yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm... Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik...”
M.Əliyev daha sonra dövlət başçımızın çıxışından irəli gələn mühüm vəzifələrdən, xüsusilə iqtisadiyyatımızın inkişaf etməsi üçün həyata keçirilən tədbirlərdən, cari ilin yanvar ayında qeyri-neft sektorunda ümidverici göstəricilərin əldə edilməsindən və s. məsələlərdən danışıb, “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrdən, bununla əlaqədar Lənkəran Regional Elmi Mərkəzinin təcrübə təsərrüfatında görülən işlərdən, çayçılıq və sitrus bitkilərinin inkişafının perspektivlərindən ətraflı məlumat verib.
Sonra Lənkəran Regional Elmi Mərkəzinin baş elmi işçisi aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Xalıqverdi Babayevin məruzəsi dinlənilib. Bildirib ki, bu gün Azərbaycanın aqrar bölməsində ən aktual problem ərzaq təhlükəsizliyi və onun davamlı inkişafıdır. Bu həllin başlanğıc yolu məhsuldar və keyfiyyətli sortların keyfiyyətli torpaqlarda becərilməsidir.
Məruzə ətrafında müzakirələrdə Mərkəzin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova, elmi işçilərdən İsaq Məmmədov, Mərdan Şirəliyev, kiçik elmi işçi İdris Hüccətov, şöbə müdiri Sərraf Talıbov, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov və başqaları çıxış edib, rəy və mülahizələrini bildirib, təkliflərini irəli sürüblər.
Diskussiya şəraitində keçən elmi seminarı yekunlaşdıran Lənkəran REM-nin direktoru Mehman Əliyev müzakirə olunan məsələnin aktuallığını bir daha vurğulayıb, qarşıda duran vəzifələrdən danışıb və konkret tapşırıqlarını verib.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...