20 fevral 2025, cümə axşamı Bakı, 3°C
IMG-LOGO

İtaliyada bir ilk: Regional hökumət yardımlı ölümü qəbul edir

13-02-2025
IMG

İtaliyanın mərkəzində yerləşən Toskana Regional Hökuməti özünün regional assambleyasında “tibbi yardımlı ölüm” haqqında qanunu təsdiqləyərək, əsasən katoliklərin yaşadığı ölkədə bu hüququ tanıyan ilk bölgə oldu.

Toskana Regional Hökumət Şurası dünən keçirilən iclasda 13 əleyhinə 27  lehinə olmaqla bölgədə tətbiq olunacaq müvafiq qanunu qəbul etdi.

Toskanada tətbiq olunan qanuna görə, uyğunluq meyarları yerinə yetirildiyi təqdirdə, regional səhiyyə xidməti öz həkimi bu proseduru yerinə yetirmək istəməyən xəstələri 10 gün ərzində lazımi dərman və tibb işçiləri ilə təmin edəcək.

Sözügedən qanun həm də həkimlərə etik və ya mənəvi səbəblərdən bu prosesdə iştirak etməməyə icazə verir.

Baş nazir Giorgia Meloni partiyasından olan 'İtaliya Qardaşları' partiyasından Alfredo Antoniozzi bu məsələ ilə bağlı qərar vermənin bölgələrin deyil, milli parlamentin işi olduğunu və hökumətin bu qanuna etiraz edəcəyini bildirib.

Paylaş: