Çində kəşf edilən balıq növü məşhur cizgi filmindən ilhamlanaraq "Sanae" adlandırılıb
Çinli tədqiqatçılar məşhur "Şahzadə Mononoke" cizgi filminin baş qəhrəmanı Sandan ilhamlanaraq yeni kəşf edilən balıq növünü üzündəki oxşar naxışlara görə "Sanae" adlandırıblar.
Qeyd edək ki, Cənubi Çin Dənizi Okeanoqrafiya İnstitutu, Çin Elmlər Akademiyası, Ciciang Universiteti və Çin Okean Universitetinin tədqiqatçılarının birgə araşdırması nəticəsində yeni balıq növü aşkar edilib.
Sözügedən balığın "Branchiostegidae" ailəsinə aid dərin dəniz balığı olduğunu təyin edən tədqiqatçılar, balığın yeni növ statusunu təsdiqləmək üçün genetik analiz üsulundan istifadə ediblər.Tədqiqatçılar təxminən 600 metr dərinlikdə yaşayan bu balıq növünü dünyaca məşhur “Princess Mononoke” cizgi filminin baş qəhrəmanı Sana bənzədiyi üçün “Sanae” adlandırıblar.
Məlumat üçün bildirək ki, Hayao Miyazakinin dünyaca məşhur 1997-ci ildə çəkdiyi "Şahzadə Mononoke" filmi 120 milyon dollardan çox gəlir əldə edib.Baş qəhrəman Şahzadə San filmdə təbiət və insan arasındakı müharibəni təmsil edən üzündə qırmızı döyüş boyası naxışları olan döyüşçü şahzadə kimi görünür.
Vyetnam 8 milyard dollarlıq dəmir yolu...
Qazaxıstan 80 yeni ölkə ilə hava əlaqəsi...
Geyinilə bilən tibbi cihazla hormon...
Bu axşam İstanbulda qar fırtınası...
Etna vulkanı püskürüb...