BDU “TEKNOFEST-2024”də 18 komanda ilə təmsil olunacaq
Dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan “TEKNOFEST-2024” bu ilin avqust ayında Türkiyənin Adana şəhərində keçiriləcək. Festivalda komandalar 46 əsas və 117 altyarışma kateqoriyası üzrə yarışacaqlar. Bakı Dövlət Universiteti (BDU) bu il festivalda 18 komanda ilə təmsil olunacaq.
Fhnews.az xəbər verir ki, BDU-dan verilən məlumata görə, universitetin komandaları tərəfindən festivalın 9 kateqoriyası üzrə 41 layihə təqdim edilib. BDU komandaları həm universitet, həm də məzun/sahibkar səviyyələri üzrə yarışacaqdır.
Təqdim olunan layihələr festivalın “Ağıllı nəqliyyat texnologiyaları”, “Yaşıl texnologiyalar”, “Aqrar texnologiyalar”, “Sosial yönümlü texnologiyalar”, “Model peyk müsabiqəsi”, “Turizm texnologiyaları”, “Sürücüsüz aqrar yerüstü nəqliyyat aparatı” və “Sənayedə rəqəmsal texnologiyaların tətbiqi” kateqoriyalarına aiddir.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...