20 fevral 2025, cümə axşamı Bakı, 3°C
IMG-LOGO

Bağlı qapı arxasında və liftdə köməksiz vəziyyətdə qalan 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib (video)

13-02-2025

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı və Nərimanov rayonları ərazisində ümumilikdə üç ünvanda vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ayrı-ayrı ünvanlarda bağlı qapı arxasında və liftdə köməksiz vəziyyətdə qalan 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib.

Paylaş: