Azərbaycanda yanvar ayı üzrə ÜDM istehsalı açıqlanıb
2025-ci ilin yanvar ayında ölkədə 9 milyard 430,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz az ümumi daxili məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 1 faiz artıb.
ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,8 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 922,1 manata bərabər olub.
SOCAR hava şəraiti ilə bağlı xəbərdarlıq...
Azərbaycanda iqtisadi şaxələndirməyə və...
Bəzi avtobus marşrutlarının hərəkət...
Dövlət Neft Fondu İtaliyanın dəmir yolu...
AAYDA: Sürücülərin qış fəslinə hazır...