20 fevral 2025, cümə axşamı Bakı, 3°C
IMG-LOGO

Azərbaycan cüdoçusu Bakıdakı “Böyük Dəbilqə” turnirini buraxacaq

13-02-2025
IMG

Azərbaycan cüdoçusu Turan Bayramov Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edə bilməyəcək.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı məşq zamanı aldığı zədə səbəbindən yarışı buraxacaq.

Qeyd edək ki, fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək “Böyük Dəbilqə”də Azərbaycan 12 çəki dərəcəsində 32 idmançı (23 kişi və 9 qadın) ilə təmsil olunacaq.

Paylaş: