Ərəb və Aralıq dənizi ölkələri yanğınlarla mübarizə üçün şəbəkə yaratmağı planlaşdırır
Mərakeş Milli Su və Meşə Agentliyinin baş direktoru Əbdürrəhim Humi ərəb və Aralıq dənizi ölkələrinin meşə yanğınları ilə mübarizə üçün şəbəkə yaradacaqlarını açıqlayıb.
Mərakeş xəbər agentliyi “MAP”-da yer alan xəbərə görə, Humi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Mərakeş Milli Su və Meşə Təşkilatının təşkilatçılığı ilə Rabatda keçirilən və Türkiyənin də daxil olduğu təxminən 18 ölkənin iştirakı ilə 4 gün davam edəcək “Meşə yanğınlarının inteqrasiyalı idarə edilməsi” mövzusunda beynəlxalq konfransın açılışında çıxış edib.
Humi konfransın bütün aidiyyəti ölkələr arasında yanğın riskləri ilə mübarizə şəbəkəsi yaratmaq məqsədi daşıdığını bildirib və bunun təbii ehtiyatlar üçün təhlükə yaradan meşə yanğınlarının idarə olunması üzrə təcrübə mübadiləsi və birgə işə başlamaq üçün bir fürsət olduğunu qiymətləndirib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Regional Ofisinin Ətraf Mühit və Meşə Təsərrüfatı Proqramları üzrə Baş Mütəxəssisi Feda Həddad deyib ki, son vaxtlar Yaxın Şərq regionunda və xüsusilə ərəb regionunda yanğınlar əhəmiyyətli dərəcədə artıb.Yanğınların təsirinə məruz qalan ərazilər kiçik olsa da, onların yerli icmalara, iqtisadiyyata və ekosistemə təsirləri böyükdür.
Vyetnam 8 milyard dollarlıq dəmir yolu...
Qazaxıstan 80 yeni ölkə ilə hava əlaqəsi...
Geyinilə bilən tibbi cihazla hormon...
Bu axşam İstanbulda qar fırtınası...
Etna vulkanı püskürüb...