Hazırda 160-dək əlilliyi olan gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində hazırda 160-dək gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 112-si müxtəlif peşələr üzrə hazırlıq kurslarında bilik və bacarıqlara yiyələnir, 50-yə yaxın şəxs isə sosial reabilitasiya xidmətlərinə cəlb olunub.
Ümumilikdə bu il əlilliyi olan 333, ümumən ötən dövrdə 3 min 268 gənc Peşə-Əmək Reabilitasiya Mərkəzində xidmətlərdən yararlanıb. Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana və yeməklə təmin olunurlar.
Burada peşə və sosial reabilitasiya xidmətlərinə cəlb edilmiş gənclər digər ölkələrdəki müvafiq peşə dərnəklərinə və təcrübə proqramlarına da göndərilirlər. Bu il Mərkəzdən 20-dək gənc həmin proqramlara cəlb edilib.
Azərbaycan artistləri Qazaxıstanda...
Ucarda əkin sahələrinin vaxtında...
Xocalının Ballıca kəndinə növbəti köç...
Ali Məhkəmənin Cinayət kollegiyasının...
AZAL Səmərqəndə uçuşları bərpa edib...