TDT-nin Baş katibi: “Fergani Uzay”ın ilk peykinin kosmosa göndərilməsi Türk dünyası üçün böyük bir fəxr qaynağıdır
Türkiyə tərəfindən qlobal mövqe müəyyənləşdirmə sistemini (GNSS) qurmaq məqsədilə yaradılan “Fergani Uzay” şəbəkəsinin ilk peyki “FGN-100-d1” “SpaceX” şirkətinə məxsus “Falcon 9” raketi ilə ABŞ-dakı Vandenberq bazasından kosmosa göndərilib. Peyklərdən ibarət “Fergani Uzay” sistemi Türkiyənin “Baykar” texnologiya şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktarın rəhbərliyi altında başladılan layihə əsasında həyata keçirilib.
Fhnews.az xəbər verir ki, “Fergani Uzay”ın ilk peykinin kosmosa göndərilməsini şərh edən Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev bunu Türk dünyasının yaradıcılığının və əzminin növbəti nümunəsi kimi qiymətləndirib.
“Bayraktarın TDT tərəfindən Buxarada təşkil olunan Gənclik Platformu tədbirində Türk dünyasının parlaq gənc beyinləri ilə həvəsli şəkildə paylaşdığı bu vizyonun reallaşdığını görməkdən xüsusilə məmnunam. İllər ərzində inkişaf edən bir xəyala əsaslanan bu uğur, bütün Türk dünyası üçün böyük bir fəxr və sevinc qaynağıdır”, - deyə Baş katib bildirib.
O qeyd edib ki, bu layihə, Fərqani və Uluqbəy kimi alimlərin irsini davam etdirir, ortaq elmi irsimizi dirildərək gələcək nəsillərə ilham verir, eyni zamanda, Türk dünyasının qlobal kosmos tədqiqatları sahəsində artan potensialını nümayiş etdirir.
Bu uğurun, həmçinin Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında kosmik texnologiyalar sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli bir addım olduğunu vurğulayan Ömüralıyev deyib: “TDT Katibliyi bu mühüm sahədə əməkdaşlığı irəlilətmək üçün sarsılmaz iradəsini bir daha təsdiqləyir. Kosmos tədqiqatları sahəsindəki birgə bacarıqlarımızı gücləndirmək üçün mütəxəssislik, təcrübə və texniki bilik paylaşımı üçün bir platforma təmin etməyi hədəfləyirik.
Bu fürsətdən istifadə edərək, əməyi keçən hər kəsi təbrik edir, bu böyük inkişafın Türk dünyası üçün daha böyük uğurlara yol açmasını arzu edirəm”.
İsrail və HƏMAS arasında atəşkəs əldə...
İndoneziyada İbu vulkanı üçün...
2024-cü ildə İspaniyayı 94 milyon turist...
Rusiya İstintaq Komitəsi AZAL-ın...
Bolqarıstanda iki yük qatarı toqquşub,...