İstanbuldakı memarlıq dəyişikliyi sərçə populyasiyasına mənfi təsir göstərir
Osmanlı dövründə quşların yuva salması üçün xüsusilə ictimai binaların divarlarında quş evləri tikildiyi halda, bu gün meqapolisdə memarlıq dəyişikliyi və qidalanma yerlərinin dağıdılmasının sərçə populyasiyasına mənfi təsir göstərdiyi bildirilir.
İstanbulda qorunma statusu Türkiyəni narahat edəcək dərəcədə aşağı səviyyədə olan sərçələrin sayında azalma müşahidə edilir. Bir çox Avropa ölkələrində sayı getdikcə azalan sərçələrlə bağlı müxtəlif tədbirlər planları hazırlanır.
İstanbul Universitetinin ornitoloqu Ergün Bacak İstanbulda sərçələrin sayının azalmasının səbəbi və görüləcək işləri xarakterizə edərək bildirib ki, sərçələrlə daha az ərazilərdə rastlaşırıq, çünki yaşıllıqlar, onların qidalanacağı yaşayış yerləri yox olur və arxitektura dəyişir.
Sərçələrin sayının azalmasının ən böyük səbəbinin memarlıq quruluşunun dəyişməsi olduğunu vurğulayan Bacak sərçələrin binaların səkilərində yuva qurduğunu, kiçik bağlarda bəsləndiyini bildirib.
İngiltərədə sərçə populyasiyasının son 40 ildə 68 faiz azaldığını qeyd edən Bacak “İngiltərə və Hollandiyada sərçələrin yuva qura bilməsi üçün hər evin bağçasına qutu yuvası qoyulması təklifi irəli sürülüb. İngiltərə və Hollandiya sərçələri qırmızı siyahıya salıblar.”-deyə məlumat verib.
Yunanıstanda turistləri zirzəmi və...
Ötən həftə Liviya sahillərində 493...
Los-Ancelesdəki yanğınlar ABŞ tarixində...
Rusiyada Amur pələngi insan ölümünə...
İtaliyada keçən il 17 minədək yeraltı...