14 yanvar 2025, çərşənbə axşamı Bakı, 7°C
IMG-LOGO

ABŞ-da Alzheimer və demans xəstələri üçün robot it hazırlanıb

11-01-2025
IMG

İtlərin insanın ən yaxşı dostu olduğu məlumdur. Amma Alzheimer və digər demans formaları ilə yaşayan bir çox insanlar üçün it və ya ev heyvanına qulluq tələbləri çətin ola bilər.

ABŞ-da Alzheimer və demans xəstələri üçün robot it hazırlanıb. Robot it Jeanie ev heyvanlarına qulluq edə bilməyən, lakin onların sevgisinə ehtiyacı olan insanlar üçün hazırlanmışdır. Üstəlik Jeanie bir it kimi qayğıya ehtiyac duymur, lakin o, demək olar ki, əsl it  qədər sevimlidir.

Labrador cinsi itlərdən ilham alaraq hazırlanmış Jeanie xüsusilə demans və Alzheimer xəstələri üçün nəzərdə tutulmuşdur. Jeanie adlı it toxunma və səs əmrlərinə cavab verə bilir və quyruğunu bulayır.

Dizayner Tom Stevens 2011-ci ildə anasının Alzheimer xəstəliyinə əsaslanaraq Jeanieni yaradıb.Onun bu il 2500 dollara satışa çıxarılması planlaşdırılır.

Paylaş: