“BDU könüllüləri” təşkilatı tələbələrin inkişafı üçün əlverişli platformaya çevrilib
Ölkəmizdə könüllülük gənclərin əsas fəaliyyət sahəsi ilə yanaşı, həyat tərzinə çevrilib. Elə Azərbaycanda uğurla icra edilən gənclər siyasətinin də əsas istiqamətlərindən biri məhz gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsidir. Azərbaycanlı gəncləri fərqləndirən əsas özəllik Vətənə sevgi, dəyərlərə bağlılıq, könüldən gələn humanizmdir.
BDU-dan bildirilib ki, bu sözləri təşkilatın sədri Nərmin Heydərova söyləyib. “Hazırda ölkəmizdə ən müxtəlif fəaliyyət istiqamətləri üzrə könüllü gənclərdən ibarət qruplar, qurumlar, tabe və müstəqil təşkilatlar yaradılıb. Onların arasında “BDU könüllüləri”nin xüsusi yeri var. Hazırda BDU-nun 25 minə yaxın tələbəsi, 3 mindən çox əməkdaşı, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti arasında böyük nüfuza sahib olan “BDU könüllüləri” təşkilatı öz ətrafında 1500-ə yaxın aktiv tələbə-gənci birləşdirir. Təşkilat artıq 5 ildir ki, ölkə ali təhsilinin flaqmanı olan BDU-nun uğurlarına öz payını qatmaqdadır. “BDU könüllüləri” tələbələrin inkişafı üçün şərait yaradaraq əlverişli platformaya çevrilib. Belə ki, 2024-cü il ərzində “BDU könüllüləri” təşkilatının keçirdiyi 300-dən çox tədbir və fəaliyyətdə 13 mindən çox könüllü gənc iştirak edib”, - deyə o bildirib.
Nərmin Heydərova qeyd edib ki, təşkilatın 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar təşkil etdiyi “Yaşıl dünya naminə” proqramı çərçivəsində 18 tədbir keçirilib, davamlı inkişaf prinsipləri və ekosistemin qorunması istiqamətlərində gənclərin ekoloji maarifəndirməsi artırılıb.
“BDU könüllüləri”, həmçinin müxtəlif könüllü gənclər təşkilatları ilə də əməkdaşlıq edir, birgə layihələr həyata keçirir. Belə ki, bu il 706 könüllümüz Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) keçirdiyi tədbirlərdə universitetimizi təmsil edib. Bu tədbirlər sosial dəyərlərin formalaşdırılması və davamlı strateji yanaşmaların təşviqi məqsədilə təşkil edilib. BDU könüllüləri bu il ölkəmizin ev sahibliyi etdiyi, dünyanın ən böyük tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) da uğurlu fəaliyyət nümayiş etdiriblər. Konfransda 74 BDU könüllüsü tədbirin keçirilməsinə dəstək verməklə bərabər, iqlim dəyişmələri ilə bağlı problemlər və həll yolları haqqında məlumatlılığı təşviq etməklə konfransın uğuruna töhfə veriblər.
Bütün bunlarla yanaşı, BDU könüllüləri “Təcrübə könüllüləri” proqramı vasitəsilə universitetin müxtəlif struktur və fakültələrində müvafiq istiqamətlər üzrə təcrübə əldə edərək, karyera quruculuğunda önəmli irəliləyişə nail olurlar. Bu günədək 18 BDU könüllüsü universitetdə işlə təmin olunub. BDU könüllüləri digər gənclər təşkilatlarında da müxtəlif vəzifələrdə çalışır, burada əldə etdikləri təcrübələr ilə fəaliyyətlərini yüksək səviyyədə təşkil edirlər.
ADPU Avrasiya Universitetlər Birliyinin...
“Məktəbəqədər təhsildə liderlik”...
Emal müəssisələrində optimallaşdırma və...
Bakı üzrə eksternat imtahanlarının vaxtı...
BMU ilə “Sara Logistics” MMC arasında...