14 yanvar 2025, çərşənbə axşamı Bakı, 7°C
IMG-LOGO

"Rosaviatsia": Kazan, Nijnekamsk və Ulyanovsk aeroportları fəaliyyətini bərpa edib - YENİLƏNİB

11-01-2025
IMG
Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün Kazan, Nijnekamsk və Ulyanovsk aeroportlarının fəaliyyətinə qoyulan müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.
 
Fhnews.az bu barədə "Rosaviatsia"ya istinadən xəbər verir.
 
“Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarında Moskva vaxtı ilə 08:30-da (Bakı vaxtı ilə 09:30) təyyarələrin qəbuluna və uçuşuna qoyulan məhdudiyyətlər aradan qaldırılıb”, - idarənin teleqram kanalında bildirilib.
 
Məhdudiyyətlərin qüvvədə olduğu müddətdə Kazana uçan iki təyyarə Ufa ehtiyat aerodromunda eniş edib.

09:31

Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Fhnews.az bu barədə "Rosaviatsia"ya istinadən xəbər verir.

"Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün bu gün səhər Kazan, Nijneкamsk, Ulyanovsk hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - qurumun teleqram kanalında bildirilib.

Qeyd olunub ki, aeroportlar müvəqqəti olaraq reyslər qəbul etmir və yola salmır.

Paylaş: