Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur
Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, duman az qradiyentli atmosfer təzyiqi sahəsində və dənizdən əsən zəif cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin sahilyanı ərazilərə yayılması fonunda yaranıb.
Dumanlı hava Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Şahbuz, Naxçıvan, Culfa, Quba, Qusar, Sabirabad, Yevlax, Cəfərxan, Neftçala, Şabranda görmə məsafəsinin 50-500 metrədək məhdudlaşmasına səbəb olub.
Qeyd edək ki, duman sinoptik şəraitlə əlaqədar olaraq, gözlənilən atmosfer hadisəsidir.
AQTA GMO məhsullarla bağlı sahibkarlara...
NİİM: Bakıda yolun hərəkət hissəsində...
Həkim-fizioterapevt: Fiziki aktiv...
Sabah bəzi rayonlara qar yağacaq...
Azərbaycanda dumanlı hava müşahidə...