Alimlər kiçik bir asteroid kəşf ediblər
Yeni bir araşdırma 2022-ci ildə Niaqara şəlaləsi üzərində partlayan və möhtəşəm atəş topuna çevrilən meteorun indiyə qədər ölçülən ən kiçik asteroid olduğunu ortaya qoyub. Kanada üzərində dramatik şəkildə partlamadan bir neçə saat əvvəl astronomlar tərəfindən aşkar edilən asteroid ev pişiyi ölçüsündə olub. “2022 WJ1” adlanan kosmik qaya 19 noyabr 2022-ci il səhər saatlarında Yerin aşağı atmosferinə daxil olarkən sürtünmə nəticəsində parçalara ayrılıb.
Asteroid göydə sürətlə yanaraq Ontario yaxınlığında yaşıl işıq zolağı ilə səs bumu yaradıb.Kosmik qayanın Yerə doğru getdiyini aşkar etdikdən sonra astronomlar asteroidi atmosferdən yaxından izləmək üçün onun proqnozlaşdırılan marşrutu boyunca alətlər yerləşdiriblər.
Tədqiqatçılar müəyyən ediblər ki, asteroidin orbiti onun demək olar ki, bütün hissələrinin Ontario gölünə düşməsinə səbəb olub.Amma əsas kütlənin bir hissəsinin quruya dəydiyindən şübhələniblər.
Asteroidin atmosferdə hərəkət edərkən yaydığı parlaq yaşıl işıq ABŞ-nın Nyu-York və Pensilvaniya ştatlarından görünüb.
Astronomlar kosmik qayanın yanması nəticəsində yaranan işıq spektrini müşahidə ediblər. Beləliklə, onlar asteroidin kimyəvi komponentlərini, o cümlədən silikatla zəngin səthini araşdıra biliblər. Müşahidələrinə əsasən, onlar “2022 WJ1”-in eninin təxminən 40-60 sm olduğunu təyin edərək bunun kosmosda müəyyən edilmiş "ən kiçik asteroid" olduğu qənaətinə gəliblər. Qayanın ilkin ölçüləri 220 kiloqram və eni demək olar ki, 0,5 metr olduğu təxmin edilib.
Yeni tədqiqat Yerə gələn asteroidlərin ölçüsünü və kimyəvi quruluşunu aşkar etmək üçün teleskop və meteor kamera məlumatlarını birləşdirən yeni metod təqdim edir.
Yunanıstanda turistləri zirzəmi və...
Ötən həftə Liviya sahillərində 493...
Los-Ancelesdəki yanğınlar ABŞ tarixində...
Rusiyada Amur pələngi insan ölümünə...
İtaliyada keçən il 17 minədək yeraltı...