2024-cü il son 53 ilin ən isti ili olub
Türkiyə Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyindən verilən açıqlamaya görə, Meteorologiya Baş İdarəsi 220 stansiyadan alınan temperatur məlumatlarını uzun illər orta göstəricilərlə müqayisə edərək 2024-cü il Temperatur Qiymətləndirmə hesabatını tamamlayıb.Məlumatlara görə, Türkiyədə 2024-cü ildə orta temperatur 15,6 dərəcə olub.
Keçən il Türkiyənin orta temperaturu 1971-2024-cü illəri nəzərə alsaq, 15,6 dərəcə ilə tarixin ən isti ili olaraq qeyd edilib. Bu göstərici 2010-cu ildəki 15,5 dərəcə ilə əvvəlki rekorddan 0,1 dərəcə yüksək olub.
Digər tərəfdən, ötən il yanvar, aprel, iyun və iyul aylarında orta temperatur rekordları qırılıb. Mövsümi olaraq baxıldığında qış və yay mövsümləri yenə rekordla başa çatıb.
2024-cü ilə nəzər salsaq, 10 ayda orta temperatur göstəriciləri normadan yüksək olduğu halda, yalnız may və noyabr aylarında orta temperatur göstəriciləri normadan aşağı müşahidə olunub.
Yunanıstanda turistləri zirzəmi və...
Ötən həftə Liviya sahillərində 493...
Los-Ancelesdəki yanğınlar ABŞ tarixində...
Rusiyada Amur pələngi insan ölümünə...
İtaliyada keçən il 17 minədək yeraltı...