Qazaxıstanda nəsli kəsilməkdə olan fars bəbiri aşkarlanıb
Qazaxıstanın Manqistau vilayətinin Ustyurt qoruğunda nəsli kəsilməkdə olan fars bəbiri görünüb.
Fhnews.az xəbər verir ki, bununla bağlı Kazinform xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, nəsli kəsilmək üzrə olan bu canlı, beynəlxalq fars bəbirlərinin monitorinqi və mühafizəsi layihəsi çərçivəsində quraşdırılmış iz kameralarında görünüb. Belə ki, o, 2024-cü il oktyabrın 29-dan dekabrın 21-dək dörd dəfə iz kameralarına düşüb.
Parkın mətbuat xidmətindən bildirilib ki, bu hadisə qoruq üçün böyük müvəffəqiyyətdir və nadir heyvanı daha dərindən öyrənmək, onu qorumaq üçün yenidən yaranmış bir fürsətdir.
Bu il Türkiyəyə hava yolu ilə 250...
Sierra Leonedə Mpox virusuna görə...
Yunanıstanda turistləri zirzəmi və...
Ötən həftə Liviya sahillərində 493...
Los-Ancelesdəki yanğınlar ABŞ tarixində...