“Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı”
Qrant Müsabiqəsi çərçivəsində “Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı” adlı layihə keçirilib.
Fhnews.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində baş tutan layihədə 30 komanda üzrə 180 gənc iştirak edib. 2 mərhələdən ibarət turnirdə ilk öncə “Nə? Harada? Nə zaman?” oyunu keçirilib.
Daha sonra isə iştirakçılar güclərini “Kviz” oyununda sınayıblar. Maraqlı və gərgin mübarizə şəraitində keçən hər iki oyunun nəticələrinə əsasən “Zəngəzur” komandası birinci olub. “Xudafərin” komandası yarışı ikinci, “Köhnə qvardiyaçılar” komandası isə üçüncü yerdə başa vurublar. Qaliblər diplom, medal və müxtəlif hədiyyələrlə təltif olunublar.
ADPU Avrasiya Universitetlər Birliyinin...
“Məktəbəqədər təhsildə liderlik”...
Emal müəssisələrində optimallaşdırma və...
Bakı üzrə eksternat imtahanlarının vaxtı...
BMU ilə “Sara Logistics” MMC arasında...