14 yanvar 2025, çərşənbə axşamı Bakı, 7°C
IMG-LOGO

Xidmət rəsmisi: Suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə nümunələr götürülüb

13-01-2025
IMG

Xəzər dənizinin Bilgəh qəsəbəsi sahilində aşkarlanan Suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə nümunələr götürülüb.

Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətləri və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri cəsədlərdən nümunələr götürüb:

"Analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək".

 
Paylaş: