Fransa Çaddakı daha bir hərbi bazasını geri çəkir
Fransa ilə Çad arasında əməkdaşlıq müqaviləsinin müddəti başa çatdıqdan sonra fransız əsgərləri Çadın Abeçe şəhərindəki Abeche Hərbi Bazasını da boşaldıblar. Abeche Hərbi Bazasında keçirilən təslim mərasiminə bir çox Fransa və Çad rəsmiləri qatılıb.
Abeche qubernatoru Bachar Ali Souleymane mərasimdəki çıxışında bildirib ki, bu tarixi qərar Çadın müdafiə və təhlükəsizlik qüvvələrinə olan etibarımızın göstəricisidir.
Mərasimin ardından Fransa əsgərlərinin yerləşdiyi Abeche Hərbi Bazasının Çad ordusuna təhvil verilməsi müqaviləsi tərəflər tərəfindən imzalanıb.
Bazadakı 120 fransız əsgərindən 90-ı ölkəni tərk etdiyi halda, qalan əsgərlərin yanvarın 31-dək ölkəni tərk etməsi planlaşdırılır.
Çad hökuməti müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək məqsədi ilə 28 noyabr 2024-cü ildə Fransa ilə imzalanmış müqaviləni ləğv etmək qərarına gəldiyini açıqlayıb.
Daha sonra Fransa döyüş təyyarələrinin və hərbi birləşmələrinin ölkəni tərk etməyə başladığı bildirilib.
Qeyd edək ki, Fransız əsgərlərinin yerləşdiyi Faya hərbi bazası dekabrın 26-da Çad ordusuna təhvil verilib.
Yanvarın 31-də paytaxt Enceminedəki Adji Kossei Bazasının Çad ordusuna təslim edilməsi ilə Fransanın Çaddakı hərbi mövcudluğunu tamamilə dayandırması planlaşdırılır.
Bu il Türkiyəyə hava yolu ilə 250...
Sierra Leonedə Mpox virusuna görə...
Yunanıstanda turistləri zirzəmi və...
Ötən həftə Liviya sahillərində 493...
Los-Ancelesdəki yanğınlar ABŞ tarixində...