14 yanvar 2025, çərşənbə axşamı Bakı, 7°C
IMG-LOGO

Qazaxıstanda pilot layihə çərçivəsində xilasedicilərin və tibb işçilərinin xüsusi bölməsi yaradılıb

12-01-2025
IMG

Qazaxıstanın xilasetmə xidmətləri sisteminin modernləşdirilməsi çərçivəsində Akmola vilayətinin Makinsk şəhərində yanğınsöndürənlərin və tibbi personalın funksiyalarını birləşdirən yeni ixtisaslaşdırılmış bölmə açılıb.

Fhnews.az xəbər verir ki, bu barədə Qazaxıstan FHN-in mətbuat xidməti məlumat yayıb.

Nazirlik bildirib ki, bu addım xilasetmə xidmətlərinin qarşılıqlı əlaqəsinin təkmilləşdirilməsinə və fövqəladə hallara operativ reaksiya verilməsinə yönəlmiş pilot layihəsinin mühüm elementi olub.

Qazaxıstan FHN-in başçısı general-mayor Çingis Arinov Makinskdəki 8 saylı yanğınsöndürmə məntəqəsinə baş çəkib, habelə əsaslı təmir və modernləşdirmənin sonucları ilə tanış olub.

Yeni bölmənin əsas özəlliklərindən biri yanğınsöndürənlərin və tibb işçilərinin funksiyalarının inteqrasiyasıdır ki, bu da fövqəladə hallara reaksiya çevikliyini və səmərəliliyini önəmli dərəcədə artırır. Modernləşdirmə çərçivəsində bütün şəxsi heyət ən yeni təchizat və xüsusi texnika ilə təmin edilib.

Qeyd olunub ki, yeni bölmə 30 mindən çox insanın yaşadığı bir neçə yaxın yaşayış məntəqəsində təhlükəsizliyə nəzarət edəcək. Xilasedicilər həmçinin avtomobil yollarına çıxacaq və qəzaların fəsadlarını aradan qaldıracaqlar.

Paylaş: