Hindistanda “keçəllik” virusu təşvişə səbəb olub
Hindistanın Maharaştra əyalətində 11 kənddə səbəbi hələ müəyyən edilməmiş 155 saç tökülməsi qeydə alınıb. Yerli əhalinin “keçəllik” virusu adlandırdığı epidemiyanın mənbəyi araşdırılır.
Buldhana bölgəsindəki kəndlərdə sürətlə saç tökülməsinə səbəb olan epidemiya narahatlıq yaradıb.
Kəndlərdə həkim briqadaları xidmətə çağırılarkən, səlahiyyətlilər epidemiyanın mənbəyini müəyyənləşdirməyə çalışır.
Xalq arasında “keçəllik virusu” kimi tanınan xəstəliyin saç, baş dərisi və dırnaqların ilkin müayinəsi nəticəsində göbələk infeksiyası olmadığı bildirilib. Lakin ekspertlər bildirirlər ki, bunlar yalnız ilkin rəydir və əlavə təhlilə ehtiyac var.
Qəti diaqnoz üçün kritik olan mikrobiologiya hesabatlarının cümə axşamına qədər dərc olunması gözlənilir.
Digər tərəfdən, Hindistan Tibbi Tədqiqatlar Şurasının ekspertlər qrupunun hərtərəfli araşdırma aparmaq üçün iki gün ərzində o ərazilərə səfər edəcəyi açıqlanıb.
Bu il Türkiyəyə hava yolu ilə 250...
Sierra Leonedə Mpox virusuna görə...
Yunanıstanda turistləri zirzəmi və...
Ötən həftə Liviya sahillərində 493...
Los-Ancelesdəki yanğınlar ABŞ tarixində...