14 yanvar 2025, çərşənbə axşamı Bakı, 7°C
IMG-LOGO

İngiltərədə xəstəxanaya yerləşdirilmək üçün saatlarla gözləyən xəstələrin sayı artır

13-01-2025
IMG

İngiltərədəki Liberal Demokratlar Partiyasının təhlilinə görə, 2024-cü ildə çarpayı sayının qeyri-kafi olması səbəbiylə xəstəxanaya müraciət etdikdən sonra təcili xidmətlərdə 12 saatdan çox xərəkdə gözləyən xəstələrin sayı 518 minə çatıb.
Partiyadan verilən açıqlamaya görə, bu rəqəm əvvəlki illə müqayisədə 25 faiz artıb.

Liberal Demokratlar xəstələrə dəhlizlərdə baxılmasına son qoymaq üçün hökuməti təcili tədbirlər görməyə çağırıb.Liberal Demokratlar Partiyasının Sağlamlıq Siyasətləri Sözçüsü Helen Morqan araşdırmalar nəticəsində ortaya çıxan məlumatları və problemin miqyasını qalmaqallı adlandırıb.

Morgan  minlərlə xəstənin saatlarla, hətta günlərlə xərəkdə gözləmək məcburiyyətində qalmasını qəbuledilməz sayaraq deyib ki, bu vəziyyət xəstələrin həyatını riskə atır və tibb işçilərinin iş yükünü artırır.

Səhiyyə naziri Ues Stritinqi təcili tədbirlər planı elan etməyə çağıran Morqan xəstəxana çarpayılarının sayının artırılması və səhiyyə sisteminin daha təhlükəsiz səviyyələrə çatdırılmasının  lazım olduğunu vurğulayıb.

Kral Təcili Tibb Kollecinin açıqlamasına görə, 2023-cü ildə təcili yardım şöbələrində uzun gözləmə müddətləri səbəbiylə təxminən 14 min ölüm halı  baş verib. Həmçinin bildirilib ki, hazırda xəstəxanalarda çarpayı doluluğu 93 faizdir.

Paylaş: