Darvinin məzarına boyalı etiraz
Londonda "Just Stop Oil" iqlim platformasından iki etirazçı təkamül biologiyasına verdiyi töhfələrlə tanınan britaniyalı təbiətşünas, geoloq və bioloq Çarlz Darvinin məzarını narıncı rəngə boyayaraq etiraz ediblər. Etiraz aksiyası bu gün Vestminster Abbatlığında keçirilib. Paris razılaşmasının öhdəliklərindən biri olan qlobal temperatur artımının 1,5 dərəcəyə qədər məhdudlaşdırılmasına toxunan fəallar məzarın üzərinə narıncı boya ilə “1,5 öldü” yazıblar. Bu ifadə 2024-cü ildə qlobal temperaturun sənaye öncəsi dövrlə müqayisədə ilk dəfə olaraq 1,5°C həddini keçməsinə işarə edir.
Ümumdünya Meteorologiya Təşkilatı 2024-cü ilin ən isti il olacağını təsdiqləsə də, əvvəlki qərarların əksinə olaraq, dünya 1,5 dərəcədən çox istiləşməyə yaxındır. Etiraz zamanı bu vəziyyətə diqqət çəkən fəallardan biri bu çağırışı edib : "Biz təhlükəsizliyimizi qoruduğu deyilən 1,5 dərəcə barajını keçdik. Əgər Darvin altıncı kütləvi yoxluğun ortasında olduğumuzu bilsəydi, bunu edərdi.”
Qeyd edək ki, polis hadisə ilə əlaqədar iki qadının həbs olunduğunu və onların hazırda Londonda bir polis bölməsində saxlanıldığını təsdiqləyib.
Xatırladaq ki, “Just Stop Oil” qrupu son illərdə müxtəlif yüksək profilli etiraz aksiyaları ilə tanınır. Onlar idman və teatr tədbirlərini pozmaq, ABŞ səfirliyinin binasını boyamaq və Van Qoqun rəsmlərinə şorba atmaq kimi aksiyalar keçiriblər.
Sierra Leonedə Mpox virusuna görə...
Yunanıstanda turistləri zirzəmi və...
Ötən həftə Liviya sahillərində 493...
Los-Ancelesdəki yanğınlar ABŞ tarixində...
Rusiyada Amur pələngi insan ölümünə...