Qazaxda nöqsanlar aşkarlanan çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Qazax rayonu, N.Nərimanov qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Nuriyev Etibar Əhməd oğluna məxsus çörək istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, normativ-hüquqi aktların tələblərinin pozulduğu, sanitariya norma və qaydalarına əməl olunmadığı aşkarlanıb. Belə ki, qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ tələblərə uyğun olmadığı, müəssisədə döşəmə, divar və tavanın təmirsiz olduğu, səthlərin korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, istifadə edilən alət və avadanlığın təmiz saxlanmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin müvafiq sanitar geyimlə təmin olunmadığı və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA GMO məhsullarla bağlı sahibkarlara...
NİİM: Bakıda yolun hərəkət hissəsində...
Həkim-fizioterapevt: Fiziki aktiv...
Sabah bəzi rayonlara qar yağacaq...
Azərbaycanda dumanlı hava müşahidə...