Los-Ancelesdəki zərər ən azı 250 milyard dollardır.
ABŞ-nın Kaliforniya ştatının Los-Anceles şəhərində baş verən yanğınlar yeddinci gününə qədəm qoyub. İlk iki gündə 57 milyard dollar olaraq qiymətləndirilən və ötən cümə günü 150 milyard dollar olaraq açıqlanan yanğınların vurduğu zərər, yeni açıqlamalara görə 250 milyard dolları keçib.
ABŞ-nın Los-Anceles şəhərində davam edən yanğınlar nəticəsində dəyən ümumi zərərin və iqtisadi itkilərin 250-275 milyard dollar arasında olacağı təxmin edilirdi. Los-Anceles bölgəsi yanvarın 7-dən bəri tarixində ən böyük yanğına səhnə olub. Güclü küləyin təsiri ilə sürətlə yayılan yanğınlarda indiyədək 160 min dekardan çox ərazi yanaraq kül olub. Ən azı 24 nəfər həyatını itirib, 12 mindən çox tikili, o cümlədən məşhurların evləri dağılıb. Davam edən yanğınların vurduğu ümumi zərərin və iqtisadi itkilərin 250-275 milyard dollar arasında olduğu təxmin edilir. ABŞ prezidenti bəyan edib ki, Los-Anceles və yanğınlardan zərər çəkmiş ətraf ərazilərin bərpası on milyardlarla dollara başa gələcək. O, açıqlamasında "Los-Ancelesin bərpası üçün on milyardlarla dollara ehtiyac var. Konqresin işə qarışması və bu ehtiyacı maliyyələşdirməsi lazımdır. Biz bunu təmin edəcəyik" -deyib.
İngiltərədən rəqəmsal funt qərarı...
Türkiyənin ətraf mühit strukturları...
ATLAS kometası Yer üzündə adi gözlə...
Bayden: Los-Ancelesin bərpası on...
Türkiyə qarşıdakı on ildə günəş və külək...