Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin 38 nəfərin həyatına son qoyan faciəvi qəzası ilə bağlı xəbəri böyük kədər hissi ilə öyrəndim. Düşüncələrimiz bu faciəvi qəza qurbanlarının ailələri və yaxınları ilədir.
Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Aleksander Van der Bellen
Avstriya Respublikasının Federal Prezidenti
Avstriya Respublikasının Federal...
Malayziyanın Kralı Əlahəzrət Sultan...
Türkiyə Böyük Millət Məclisinin Xarici...
Syerra-Leone Respublikasının Prezidenti...
İqtisadi Əməkdaşlıq Təşkilatının Baş...