15 yanvar 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

ATLAS kometası Yer üzündə adi gözlə görünəcək

14-01-2025
IMG

ABŞ Aeronavtika və Kosmik Agentliyi 160 min ildə bir dəfə Yerdən görünə bilən C/2024 G3 (Atlas) kometasının bir neçə gün adi gözlə müşahidə oluna biləcəyini bildirib.NASA-nın internet saytında verilən açıqlamada kometanın Slovakiyadan çəkilmiş şəkli paylaşılıb.

Açıqlamada Günəşə ən yaxın mövqeyinə görə onsuz da müəyyən anlarda müşahidə edilə bilən kometanın  Venera ilə rəqabət edəcək qədər parlaq olacağı  ifadə edilib.

BBC-nin məlumatına görə, London Kral Kollecinin astrohissəciklər fizikası və kosmologiyası üzrə tədqiqatçısı Şyam Balaji qeyd edib ki, cari orbital hesablamalar kometanın Günəşdən təxminən 5,3 milyon mil məsafədən keçəcəyini göstərir və buna görə də Atlas “günəşi süpürən” kometa kimi təsnif edilə bilər.

Balaji 160 min ildə bir baş verən bu hadisənin ən aydın şəkildə cənub yarımkürəsində müşahidə oluna biləcəyini, lakin Günəşə doğru yerləşdiyi üçün onu şimal yarımkürəsindən görmək çətin ola biləcəyini ifadə edib.

Paylaş: