15 yanvar 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

ABŞ-nın çip ixracını məhdudlaşdırma qərarına AB-dən reaksiya

14-01-2025
IMG

Avropa İttifaqı ABŞ-nın bəzi Birlik ölkələrinə süni intellekt üçün istifadə edilən qabaqcıl çiplərin ixracını məhdudlaşdırmaq qərarına reaksiya verib.
Aİ Komissiyasının texnologiya üzrə vitse-prezidenti Henna Virkkunen və Aİ Komissiyasının ticarət və iqtisadi təhlükəsizlik üzrə komissarı Maros Şefçoviç ABŞ administrasiyasının süni intellekt üçün istifadə edilən qabaqcıl çiplərin ixracını sərtləşdirməyə dair yeni tənzimləməsi haqqında birgə bəyanat dərc ediblər.

Açıqlamada Avropa İttifaqının heç bir məhdudiyyət olmadan qabaqcıl süni intellekt çiplərini almasının ABŞ-nın iqtisadi və təhlükəsizlik baxımından marağında olduğu bildirilib və Aİ-nin ABŞ ilə xüsusilə də bu sahədə sıx əməkdaşlıq etdiyi xatırladılıb.  Aİ ölkələrinin ABŞ üçün təhlükəsizlik riski olmadığı və iqtisadi imkanlar təklif etdiyi bildirilib.

Xatırladaq ki, ABŞ dünən süni intellekt çiplərinin ixracı ilə bağlı yeni tənzimləmə elan edib.Bu çərçivədə  Avstraliya, Belçika, Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, İrlandiya, İtaliya, Yaponiya, Hollandiya, Yeni Zelandiya, Norveç, Cənubi Koreya, İspaniya, İsveç, Tayvan və digər ölkələr də daxil olmaqla 18 müttəfiq və tərəfdaş ölkəyə çip satışına hər hansı bir məhdudiyyət qoyulmayacağı, digər ölkələrə isə məhdudiyyət tətbiq ediləcəyi açıqlanıb. 

Tənzimləmə siyahıya daxil olmayan bir çox Aİ ölkələrinin ABŞ-dan ala biləcəyi süni intellekt çiplərinin sayına məhdudiyyətlər qoyacaq.

Paylaş: