Yaponiyada 6,9 bal gücündə zəlzələ baş verib
Yaponiyanın Kyuşu bölgəsində 6,9 bal gücündə zəlzələ baş verib. Koçi və Miyazaki prefekturaları üçün sunami xəbərdarlığı edilib.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, yerli vaxtla saat 21.19-da Miyazaki sahillərində baş verən 6,9 bal gücündə zəlzələ 30 kilometr dərinlikdə qeydə alınıb.
ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasının 6,8 olduğunu açıqlayıb.
Dövlət televiziyası NHK bildirib ki, zəlzələdən sonra Miyazaki və Koçi əyaləti sahilləri üçün sunami xəbərdarlığı edilib.
Rəsmi Kyodo agentliyinin məlumatına görə, yeraltı təkanlar Miyazakinin yerləşdiyi cənub Kyuşu bölgəsi üzrə prefekturalarda hiss olunub.
Sierra Leonedə Mpox virusuna görə...
Yunanıstanda turistləri zirzəmi və...
Ötən həftə Liviya sahillərində 493...
Los-Ancelesdəki yanğınlar ABŞ tarixində...
Rusiyada Amur pələngi insan ölümünə...