14 yanvar 2025, çərşənbə axşamı Bakı, 7°C
IMG-LOGO

İtaliyada bəzi bank və qurumlara kiberhücum edilib

12-01-2025
IMG

İtaliyada bəzi bank və qurumların rusiyayönlü hakerlərin kiberhücumunun hədəfinə çevrildiyi açıqlanıb.

İtaliyanın ANSA agentliyinin xəbərində, Intesa və Monte Paschi də daxil olmaqla bəzi bankların, həmçinin Taranto və Trieste limanlarının və bəzi özəl təşkilatların internet saytlarının Rusiya tərəfdarı bir qrup tərəfindən kiber hücuma məruz qaldığı bildirilib. 

Xəbərdə Beynəlxalq Kibertəhlükəsizlik Agentliyinin kiberhücumlara məruz qalan qurumları dəstəklədiyi və sözügedən saytların funksional olması üçün çalışdığı qeyd edilib.

Paylaş: