Los-Ancelesdəki yanğınlar Kaliforniyadakı sığorta böhranını kəskinləşdirib
ABŞ-nın Kaliforniya ştatının Los-Anceles şəhəri və ətrafında günlərdir davam edən yanğınlar minlərlə binanı dağıdıb və sığorta sektorunda dərinləşən böhranı üzə çıxarıb.
Yanvarın 7-də axşam saatlarında Los-Ancelesin müxtəlif yerlərində başlayan və güclü külək səbəbindən sürətlə yayılan yanğınlarda indiyədək 37 min dekardan çox ərazi yanaraq kül olub.
Kaliforniyada yanğınlar nəticəsində zədələnmiş və ya yararsız hala düşmüş 12 mindən çox binanın milyonlarla dollarlıq mülklər olduğu nəzərə alınsa, yanğınlar nəticəsində iqtisadi itkilərin 150 milyard dollara çata biləcəyi təxmin edilir.
Yanğının iqtisadi ölçüsü sığorta şirkətlərinin diqqətini çəksə də, ekspertlər sığorta şirkətlərinin bu yanğınların vurduğu itkiləri ödəməkdə çətinlik çəkə biləcəyini bildiriblər.
Ərazidəki mülk sahiblərinin dediyinə görə, bəzi böyük sığorta şirkətləri son aylarda təsirlənmiş ərazilərdə yanğın sığortasını geri götürüblər.
ABŞ vitse-prezidenti Kamala Harris də Los-Ancelesdəki yanğınlarla mübarizə ilə bağlı Ağ Evdə digər rəsmilərlə birgə mətbuat konfransı keçirərək, bir çox sığorta şirkətinin insanların sığortasını ləğv etdiyini və bunun təbii fəlakətdən zərər çəkmiş ailələr üçün ciddi problemlər yaradacağını bildirib.
Bu il Türkiyəyə hava yolu ilə 250...
Sierra Leonedə Mpox virusuna görə...
Yunanıstanda turistləri zirzəmi və...
Ötən həftə Liviya sahillərində 493...
Los-Ancelesdəki yanğınlar ABŞ tarixində...