14 yanvar 2025, çərşənbə axşamı Bakı, 7°C
IMG-LOGO

Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokuna yekun vurulub

13-01-2025
IMG

"Şahdağ" Turizm Mərkəzində keçirilən Xizək Alpinizmi üzrə Dünya Kubokuna yekun vurulub.

Azərbaycan Qış İdman Növləri Federasiyasından verilən məlumata görə, atletlər yarışın son günündə fərdi növ üzrə mübarizə aparıblar.

Fərdi növü üzrə nəticələri:

Qadınlar arasında

I yer: Aksel Qaşe Mollare - Fransa

II yer: Emili Harrop - Fransa

III yer: Yohanna Ximer - Avstriya

Kişilər arasında

I yer: Remi Bonnet - İsveçrə

II yer: Samuel Equy - Fransa

III yer: Tibo Anselmet – Fransa

Mükafatlandırma mərasimində Beynəlxalq Xizək Alpinizm Federasiyasının Baş Katibi Jordi Kanals Xizək Alpinizmi üzrə Dünya Kubokunun yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyevə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, yarış Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Yarışda 26 ölkə - Azərbaycan, Türkiyə, Belçika, Bolqarıstan, Kanada, Çin, Avstriya, Andorra, İspaniya, Çexiya, Fransa, Almaniya, İran, Qazaxıstan, Niderland, Norveç, Polşa, Qətər, Slovakiya, , Böyük Britaniya, Yunanıstan, Sloveniya və Fərdi Neytral İdmançılar (AİN) olmaqla 130-a yaxın atlet iştirak edib.

Xizək Alpinizmi üzrə Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab edilir.

Paylaş: