Əlahiddə Ümumqoşun Ordunun tabeliyindəki hərbi hissələrdə vakant sürücü vəzifələrinə qəbul elan edilir
Əlahiddə Ümumqoşun Ordunun tabeliyindəki hərbi hissələrdə sürücü vəzifələrində xidmət etmək (işləmək) üçün C, D və E kateqoriyalı sürücülər tələb olunur.
Fhnews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 50 yaşınadək olan mülki şəxslər, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (uyğunsuzluqla ehtiyata buraxılanlar istisna olmaqla), həmçinin ehtiyatda olan hərbi vəzifəlilər Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzinə müraciət edə bilərlər.
Tələb olunan sənədlər:
- C, D və ya E kateqoriyalı sürücülük vəsiqəsi;
- şəxsiyyət vəsiqəsinin surəti;
- hərbi biletin surəti;
- tərcümeyi-hal;
- rəngli fotoşəkil (2 ədəd 3x4 və 2 ədəd 4.5x6 sm ölçüdə);
- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji xəstəliklərin olmaması barədə) arayış.
Hərbi xidməti başa vuran sərhədçi...
Azərbaycan Ordusunda radioelektronika...
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim...
Əlahiddə Ümumqoşun Ordunun tabeliyindəki...
Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş...